Əsas səhifə Bizimlə əlaqə
AZ EN

ABTM haqqında təqdimat
Vakansiyalar İş axtaranlar
Əks əlaqə

Kurslar haqqında məlumat almaq
 
Training
Thomas
CIA

e-ABTC
 
Mövzu qrupuna dair bütün Uzunmüddətli Kurslar
Şığorta Şirkətlərində Daxili Audit
Mövzu qrupu: Digər
Kod: T217
Ekspertlər: Pərviz Quliyev 

 
Qısa məzmunu

 
Kursun müddəti
56 saat – 8 həftə şənbə günləri saat 10-00 –dan 18-00 dək
Kimlər üçün nəzərdə tutulur
Sığorta şirkətlərinin daxili auditorları, maliyyə menecerləri və rəhbər işçiləri üçün nəzərdə tutulub 
Modullar:
 
Modul 1. Daxili nəzarət haqqında məlumat və onun təsnifatı
  • Daxili nəzarətin formaları
  • Daxili nəzarət mexanizminin əsas tərkib hissələri və onların vacibliyi
  • Daxili nəzarətin təşkili
Modul 2. Daxili Auditlə bağlı qanunvericilik bazası
  • “Daxili Audit” haqqında qanunun əsas müddəaları 
  • “Sığorta fəaliyyəti haqqında qanunun” əsas müddəaları
  • Daxili Auditin normativ bazası
Modul 3. Daxili Audit orqanının təşkili, onun funksiyaları və səlahiyyətləri
  • Daxili Auditin təşkilati strukturu, ştat vahidi ilə təmin olunması
  • Əməkdaşlara qarşı yönəldilmiş peşəkar tələblər
  • Daxili Audit əməkdaşlarının məsuliyyətəri
  • Daxili Audit Xidmətinin Şirkətin İdarəetmə orqanları ilə qarşılıqlı münasibətləri
Modul 4. Risk əsaslı daxili auditin təşkili
  • Risklərin təsnifatı və ehtimal olunması metodologiyası
  • Sığorta Biznesində mövcud risklər və onların təsnifləşdirilməsi
  • Risklərə reaksiya verilməsi metodları və onların tətbiqi
Modul 5. Nəzarətin planlaşdırılması
  • Fəaliyyətin planlaşdırılması və tədbirlər
  • Nəzarət obyektinin qiymətləndirilməsinin məqsədəuyğunluğu və seçilməsi
Modul 6. Daxili Auditin metod və prosedurları
  • Nəzarət tədbirlərinin həyata keçirilməsinin metod və prosedurları
  • Daxili Auditin İş Planı
  • Audit olunan obyektin əhatə sahələri, Təşkilati məsələlər, Prosedurlar, Siyasətlər, Büdcə, Mühasibatlıq, Personal, Hesabatlıq
  • Yerində yoxlama, sənəd yoxlaması, yerindən kənarda yoxlama
  • İlkin sənədlər əsasında yoxlama, müsahibələr, monitorinqlər
  • Audit Hesabatının hazırlanması, onun strukturu və təqdim olunması
  • Auditin nəticəsinə uyğun Tədbirlər planının hazırlanması və icraya nəzarət
Modul 7. Satış Departamentinin Auditi:
  • Departamentin Strukturu və normativ bazanın qiymətləndirilməsi
  • Satışın təşkili və müştəri bazasının qiymətləndirilməsi
  • Yeni müştərilərin cəlb edilməsi mexanizmi
  • İllik satış planı və satışın yerinə yetirilməsi
  • Satış üzrə hesabatlıq sisteminin qiymətləndirilməsi
  • Müştəri məmnunluğu
  • Filial və nümayəndəliklərin, agent şəbəkəsinin işinin qiymətləndirilməsi
Modul 8. Marketinq Şöbəsinin auditi
  • Marketinq Planının Qiymətləndirilməsi
  • Marketinq xərcləri üzrə Büdcə
  • Reklam və PR işinin təşkili
  • Digər Struktur Vahidləri ilə qarşılıqlı münasibət
  • Hesabatlıq sistemi
  • Sığorta bazarının öyrənilməsi, yeni məhsullara ehtiyacın araşdırılması
Modul 9. Anderraytinq Departamentinin auditi
  • Departamentin normativ bazasının qiymətləndirilməsi
  • Personalın qiymətləndirilməsi
  • Təkrar nəzarət sisteminin qiymətləndirilməsi
  • Hesabatlıq sistemi
  • Şirkətin Anderraytinq Siyasətinin formalaşması
  • Yeni Sığorta məhsullarının hazırlanması
Modul 10. Sığorta Hadisələri Departamentinin auditi
  • Departamentin Normativ Bazası (Hər bir Şöbənin iş fəaliyyətini tənzimləyən prosedur qaydaların mövcudluğu, Departamentin Əsasnaməsi, İşçilərin vəzifə təlimatlarının qiymətləndirilməsi)
  • Personalın qiymətləndirilməsi
  • Avtomobillərin təmiri üzrə mövcud prosedurların qiymətləndirilməsi
  • Əməkdaşlıq edilən avtoservislərin və onların qiymət siyasətinin qiymətləndirilməsi
  • Sığorta hadisələri zamanı mövcud fırıldaq halları və onların minimuma endirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi
  • Reqress hadisələri üzrə prosedurlar və pulların qayıtmasına nəzarət mexanizmi
Modul 11. Tibbi Sığorta üzrə hadisələrin tənzimlənməsi bölməsinin auditi 
  • Tibbi sığorta üzrə xidmətin təşkilinin qiymətləndirilməsi
  • Əməkdaşlıq olunan tibb müəssisələrinin seçilməsi üzrə prosedurlar
  • Əməkdaşlıq olunan tibb müəssisələrinin xidmət səviyyəsinin və qiymət siyasətinin qiymətləndirilməsi
  • Təkrar nəzarət tədbirlərinin keçirilməsi ilə bağlı fəaliyyət
  • Hesabatlıq sisteminin qiymətləndirilməsi
Modul 12. İT departamentinin auditi
  • Əməliyyat Sistemində işçilərə məsuliyyətlərin verilməsi və onlara əməl olunması
  • İT texnologiyalarının müvafiq standartlara uyğunluğu, Şirkətin İT təhlükəsizliyinin qiymətləndirilməsi
Modul 13. Maliyyə Departamentinin auditi
  • Departamentin Normativ bazasının auditi
  • Mühasibatlıq Şöbəsində işin təşkili, İş bölgüsünün auditi (Debitor və kreditorlar, Gəlir və xərclər, əmək haqqının uçotu, kassa işinin təşkili, sənədləşmə, Əsas vəsaitlərin uçotu və inventarizasiyası, anbar uçotu, sənədlərin tikilməsi, arxivləşdirilməsi və saxlanması)
  • Hesabatlıq Sisteminin qiymətləndirilməsi (Əsas hesabat formaları, balans, gəlir və xərclər üzrə hesabat, nağd vəsaitlərin hərəkəti)
  • Şirkətin İnvestisiya Siyasətinin qiymətləndirilməsi
  • İnvestisiyaların idarə olunması və mövcud fəaliyyətin qiymətləndirilməsi
  • Personalın qiymətləndirilməsi
  • Departamentin İT aspektləri
  • Digər Departamentlərlə qarşılıqlı münasibət
Modul 14. İnsan Resurslarının İdarə olunması Şöbəsinin auditi
  • İşə qəbul olunma (Staffing), İşə qəbul etmə və işdən azad etmə prosedurlarının Əmək qanunvericiliyinə uyğunluğu, Əmək müqavilələri şərtlərinin Əmək qanunvericiliyinə uyğunluğu
  • Kompensasiya və mükafatlandırma (Compensation and Benefits)
  • İcranın idarə olunması (Performance Management)
  • İşçilərin inkişaf etdirilməsi (Employee Development), Treyninqlərin təşkil edilməsi, Personal karyerasının planlaşdırılması
  • İşçilər arasında münasibət (Employee Relations), Əmək mübahisələrinin həll edilməsi prosedurları
  • Təhlükəsizlik (Safety), Əmək müqaviləsi ilə personalın hüquqlarının qorunması və s.
  • İşçi məmnunluğu
Modul 15. İnzibati Departamentin auditi
  • Müqavilələrin uçotu
  • Satınalmaların vəziyyətinin qiymətləndirilməsi
  • Tender Komissiyasının işinin təşkili
  • Kargüzarlıq işinin təşkili
Modul 16. Praktiki məşğələlər (Case Study)
Modul 17. Alınmış biliklərin qiymətləndirilməsi (İmtahan)
Əldə ediləcək nəticələr
Kursun sonunda kurs iştirakçıları aşağıdakı bilik və bacarıqları əldə edəcəklər:
  • Daxili nəzarətin formaları, necə təşkil edilməsi və nəzarət mexanizmlərinin
  • Daxili auditlər bağlı qanunvericiliyi, onun necə təşkil ediləcəyi, formalarını və auditorların funksiyalarını və səlahiyyətlərini
  • Auditin planlaşmasını
  • Risk əsaslı auditin necə aparılmasını
  • Müxtəlif sahələrin auditinin aparılmasını
 
İmtahanın keçirilməsi qaydası:
İştirakçılar 100 ballıq şkala ilə qiymətləndiriləcəklər. 70 və bundan yuxarı bal toplayan iştirakçılar imtahandan keçmiş hesab olunur. İmtahan iki hissədən yazılı (esse formasında) və nəzəriyyə sualların cavablanmasından ibarətdir. Hər iki hissə maksimum 50 ballıq şkala ilə ölçülür. Yazılı imtahan hər modul bitdikdən sonra interaktiv qaydada aparılır. Burada ekspertlərlə məsləhətlər və elektron poçt vasitəsilə əlaqələrin olması nəzərdə tutulur. Nəzəriyyə imtahanı kursun sonunda aparılır. Qiymətləndirmə zamanı iştirakçının auditor məntiqinin tətbiqi, təşkilat daxili auditin aparılması ilə bağlı layihələrin hazırlanması və aparılmasına kifayət qədər biliklərin olması əsas yer tutur.    




© 2009 ABTC
Bütün hüquqlar qorunur
Müraciət Tariximiz Missiya ABTM haqqında Üzvlük Komanda Ekspertlərimiz Vakansiyalar Broşur Əlaqə
Yanaşmamız Standart kurslar Sertifikasiya proqramları
Yanaşmamız Xidmətlər
"Thomas" Sistemi haqqında "Thomas" məhsulları "Thomas" korporativlər üçün "Thomas" fərdlər üçün
ACCA: 2 in 1 ACCA imtahanlarına hazırlıq ACCA online imtahan ACCA Exam Registration
ABTCtest© haqqında ABTCtest©IQ ABTCtest©IQ - Fərdi Sifariş ABTCtest©PRO Sınaq testi
e-ABTC (e-təlimçi) Biznes etika və korporativ davranış Biznes ünsiyyət və danışıqaparma Satış texnologiyaları Müştəri etirazları və şikayətləri ilə iş Müştərilərin qorunub saxlanılması Hesabların açılması, aparılması və bağlanması Nağd əməliyyatlar Nağdsız əməliyyatlar Valyuta rejimi Plastik kartlarla əməliyyatlar
Təlim ehtiyaclarının öyrənilməsi