Əsas səhifə Bizimlə əlaqə
AZ EN

Tövsiyə olunanlar
ABTM haqqında təqdimat
Vakansiyalar İş axtaranlar
Əks əlaqə

Kurslar haqqında məlumat almaq
 
Training
Thomas
CIA

e-ABTC
 
Mövzu qrupuna dair bütün Qısamüddətli Kurslar
Layihə idarəetməsi
Mövzu qrupu: İdarəetmə
Kod: T108
Qiymət : 500 AZN
Ekspertlər: Elçin Rəşid 


Kursa yazılmaq
 
Qısa məzmunu

Müddət

20 saat

Kimlər üçün nəzərdə tutulur

Bütün səviyyələrdən menecerlər, Layihə rəhbərləri və koordinatorları

Sənaye sahələri planlayıcıları və xərc, planlama və nəzarət mühəndisləri

Menecment karyerası izləyən digər mütəxəssislər

Təlim metodologiyası

Kurs beynəlxalq standartlara uyğun, dünya üzrə ən qabaqcıl PMI standartları və PMBOK® Guide əsasında və Lİ üzrə xüsusi kompüter proqramı istifadə edilməklə aparılır.

Kurs praktikyönümlü olmaqla biznes hal və fərdi və qrup tapşırıqları üzərindən keçirilir və öyrənilən metodlar iştirkaçılar tərəfindən təşkilatlarda dərhal istifadə edilə bilər.

İştirakçılar və öz real layihə məlumatlarını daxil edərək hesablamalar aparırlar və sənədlər hazırlayırlar.

İştirakçılar öz real layihə ideyası ilə gəlirlər (yaxud kurs zamanı onlara belə ideyalar tapmaq üçün ipucları verilir) və kurs boyu öz real layihə tapşırıqları üzərində kiçik komandalarla çalışırlar.

Komandalar bir-birlərinin real layihələrini son modulda qiymətləndirir və ən sonda layihələri təqdim edirlər.

Modular

Təqdimat və ilkin test

Modul 1. Giriş

♦ Layihə anlayışı, layihə idarəetməsinin tarixi və qabaqcıl təcrübə

♦ Layihə idarəetməsi üzrə müasir beynəlxalq standartlaşdırma, PMI və PMBOK

♦ Layihə tsikli və çərcivəsi

♦ Layihə idarəetməsinin bilik sahələri (beynəlxalq standarta uyğun)

♦ Layihə meneceri öhdəlikləri, səriştələri və xarakteri

Modul 2. Layihə təşəbbüsü

♦ Ehtiyacların dəyərləndirilməsi və layihə seçimi

♦ Məqsədlər və təhvil veriləcəklər

♦ Qiymətəndirmə çərçivəsi və meyarları

♦ Layihə təklifi və layihə nizamnaməsi sənədləri

♦ Maraqlı tərəflər təhlili və layihəni qəbul etdirmə texnikası

Modul 3. Layihə resurslarının idarə olunması

♦ Layihə idarəetməsi proqramından istifadə (MS Project, Primavera...)

♦ Ləyihənin əhatəsinin planlaşdırılması və İş bölgüsü strukturu

♦ Fəaliyyət ardıcıllığı və resursların ayrılması

♦ Şəbəkə diaqramı

♦ "Kritik cığır" və PERT təhlilləri

♦ Qant qrafiki

♦ Xərclərin təxmini və büdcənin hazırlanması

♦ Büdcəyə nəzarət və Qazanılmış dəyər və S-əyrisi təhlilləri

♦ Layihə insan resurslarının idarə olunması

Modul 4. Layihə risklərinin idarə olunması

Risklərin müəyyənləşdirilməsi

♦ Risklərin keyfiyyət dəyərləndirilməsi

♦ Risk matrisi

♦ Risk idarəetmə yanaşmaları və qalıq riski

♦ Risklərin kəmiyyət dəyərləndirilməsi

♦ Gözlənilməz hallar üçün büdcə ayırmalarının hesablanması

♦ Risk simptomları, tətikləri və riskə hazırlıq planı

Modul 5. Digər sahələrin idarə olunması

♦ Layihə gözləntilərinin və keyfiyyətinin idarə olunması

♦ Layihə ünsiyətinin idarə edilməsi

♦ Dəyişikliklərin idarəedilməsi

♦ Layihə performansı, hesabat, monitorinq və nəzarət

♦ Layihə nəticələri və ibrət dərsləri

 

Yekun test və sertifikatlaşma

Əldə ediləcək nəticələr

Kursun sonunda dinləyicilər aşağıdakıları biləcəklər:

A. Öz real layihələrinin layihə idarəetməsi sənədləri:

♦ Diaqramlar, hesablamalar, qrafiklər və risk, büdcə, nəzarət və sair sahələr üzrə sənədlər daxil olmaqla

♦ Xüsusi kompyuter proqramdan istifadə edərək hazırlanmaqla

♦ PMI tərəfindən hazırlanmış PMBOK® Guide əsasında

B. Layihə menecerindən tələb olunan qabaqcıl beynəlxalq səriştələr:

♦ Uğurlu layihə təşəbbüsü irəli sürmək, düzgün hədəflər seçmək və maraqlı tərəfləri səfərbər etmək

♦ Layihənin vaxt, maliyyə, insan, texnoloji və menecment resurslarını səmərəli səfərbər etmək

♦ Layihə risklərini, gözləntilərini və ünsiyyətini düzgün idarə etmək

♦ Layihənin nəticəli ola bilməsini və sifarişçi məmnunluğunu təmin etmək

♦ Layihə idarəetməsi üzrə kompüter proqramından istifadə və onun vasitəsilə layihələrin planlaşdırılması, qrafik və diqaramların hazırlanması və icraya nəzarət etmək

C. Layihə meneceri üçün beynəlxalq standartlara (PMI) uyğun biliklər:

♦ Layihə təşəbbüsü, planlaması, icrası, monitorinq və nəzarəti və tamamlanması

♦ Layihə bütövlüyünün, dəyişikliklərinin və əhatəsinin idarə olunması

♦ Layihə vaxtının idarə olinması

♦ Layihə xərclərinin idarə olinması

♦ Layihə risklərinin idarə olinması

♦ Layihədə insan resurslarının və ünsiyyətinin idarə olinması





© 2009 ABTC
Bütün hüquqlar qorunur
Müraciət Tariximiz Missiya ABTM haqqında Üzvlük Komanda Ekspertlərimiz Vakansiyalar Broşur Əlaqə
Yanaşmamız Standart kurslar Sertifikasiya proqramları
Yanaşmamız Xidmətlər
"Thomas" Sistemi haqqında "Thomas" məhsulları "Thomas" korporativlər üçün "Thomas" fərdlər üçün
ACCA: 2 in 1 ACCA imtahanlarına hazırlıq ACCA online imtahan ACCA Exam Registration
ABTCtest© haqqında ABTCtest©IQ ABTCtest©IQ - Fərdi Sifariş ABTCtest©PRO Sınaq testi
e-ABTC (e-təlimçi) Biznes etika və korporativ davranış Biznes ünsiyyət və danışıqaparma Satış texnologiyaları Müştəri etirazları və şikayətləri ilə iş Müştərilərin qorunub saxlanılması Hesabların açılması, aparılması və bağlanması Nağd əməliyyatlar Nağdsız əməliyyatlar Valyuta rejimi Plastik kartlarla əməliyyatlar
Təlim ehtiyaclarının öyrənilməsi