Əsas səhifə Bizimlə əlaqə
AZ EN

Göstərdiyi xidmətlər:
ABTM haqqında təqdimat
Vakansiyalar İş axtaranlar
Əks əlaqə

Kurslar haqqında məlumat almaq
 
Training
Thomas
CIA

e-ABTC
 
Bütün ekspertlərimiz
Rauf Ağayev
Kod: RA


Rauf Ağayev 1985-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun fransız dili fakültəsini (hazırkı Azərbaycan Dillər Universiteti) ilə bitirmiş, kreditlərin idarə edilməsi, layihələrin idarə edilməsi, beynəlxalq ticarət və idarəetmənin digər sahələri üzrə Avropa və Yaponiyada təşkil olunmuş kurs və proqramlarda iştirak etmişdir.

1996-cı ildə AB TACIS proqramı çərçivəsində təşkil edilmiş “Kənd Təsərrüfatı Bankçılığı” üç aylıq kursunu müvəffəqiyyətlə bitirən R. Ağayev bank sistemində karyerasını AB TACIS Proqramının “Regional Kənd Təsərrüfatı İslahatları” layihəsinin Baş Kredit Meneceri başlamış, onu AB TACIS Proqramının “Kənd Yerlərində Bankçılığa Yardım” layihəsində, AB TACIS Proqramının yardımı ilə yaranmış “Aqrar Kredit Fondu” bank olmayan kredit təşkilatında və “Unibank” Kommersiya Bankında davam etdirmişdir.

2004-cü ilin aprelindən, Azərbaycan Bank Tədris Mərkəzində əvvəlcə kredit biznesi üzrə menecer, sonra Tədris üzrə menecer vəzifələrində çalışmış, 2012-ci ilin mart ayından isə Biznesin İnkişafı Meneceridir.

2005-ci ildə R. Ağayev İrlandiyanın İxrac Akademiyasının (Export Academy) "Beynəlxalq ticarət üzrə mütəxəssis" (International Trade Specialist) beynəlxalq sertifikasiya proqramını müvəffəqiyyətlə bitirmiş və akkreditasiya diplomunu almışdır.

2011-ci ildə R. Ağayev ABTCtest onlayn test platformasının yaradılmasına rəhbərlik etmiş və 2012-ci ildən etibarən platformanın baş administratorudur.

2012-ci ildə Rauf Ağayev e-ABTC onlayn təlim portalının yaradılmasına rəhbərlik edib və 2013-cü ildən etibarən portalın baş administratoru, məzmun yaradıcısı və təlimçisidir.

2013-cü ilin fevral ayında beynəlxalq dərəcəli “Certified PPA Practitioner” sertifikasiyasından keçmiş R. Ağayev Thomas International  psixometrik dəyərləndirmə xidmətlərinin Azərbaycanda distributoru olan Azərbaycan Bank Tədris Mərkəzinin Thomas (Azerbaijan) platformasının baş administratorudur. Bu günə kimi o, Thomas (Azerbaijan) platformasında psixometrik dəyərləndirmədən keçən 1000 nəfərdən artıq insana məsləhət xidmətlərini göstərmişdir.

Bu günə kimi Thomas (Azerbaijan) platformasında psixometrik dəyərləndirmədən keçən 1000 nəfərdən artıq insana məsləhət xidmətlərini göstərmiş, DISC tipologiyası üzrə və “Certified PPA Practitioner” sertifikasisya proqramı üzrə təlimləri aparmışdır.

R. Ağayev Azərbaycan Bank Tədris Mərkəzində kredit, təlim işinin təşkili, Microsoft Office proqramları, DISC tipologiyası, “Certified PPA Practitioner” sertifikasiya proqramı və s. mövzular üzrə təlim və məsləhət xidmətləri göstərir.

Apardığı təlim kursları ►►►

Göstərdiyi məsləhət xidmətləri ►►►

 





© 2009 ABTC
Bütün hüquqlar qorunur
Müraciət Tariximiz Missiya ABTM haqqında Üzvlük Komanda Ekspertlərimiz Vakansiyalar Broşur Əlaqə
Yanaşmamız Standart kurslar Sertifikasiya proqramları
Yanaşmamız Xidmətlər
"Thomas" Sistemi haqqında "Thomas" məhsulları "Thomas" korporativlər üçün "Thomas" fərdlər üçün
ACCA: 2 in 1 ACCA imtahanlarına hazırlıq ACCA online imtahan ACCA Exam Registration
ABTCtest© haqqında ABTCtest©IQ ABTCtest©IQ - Fərdi Sifariş ABTCtest©PRO Sınaq testi
e-ABTC (e-təlimçi) Biznes etika və korporativ davranış Biznes ünsiyyət və danışıqaparma Satış texnologiyaları Müştəri etirazları və şikayətləri ilə iş Müştərilərin qorunub saxlanılması Hesabların açılması, aparılması və bağlanması Nağd əməliyyatlar Nağdsız əməliyyatlar Valyuta rejimi Plastik kartlarla əməliyyatlar
Təlim ehtiyaclarının öyrənilməsi