Əsas səhifə Bizimlə əlaqə
AZ EN

Haqqımızda
ABTM haqqında təqdimat
Vakansiyalar İş axtaranlar
Əks əlaqə

Kurslar haqqında məlumat almaq
 
Training
Thomas
CIA

e-ABTC
 

Tariximiz

Bugün  kommersiya  bank işi və  biznesin  idarə edilməsi  sahəsində  Azərbaycan  təlim     məsləhət xidmətləri bazarında aparıcı təşkilat olan Azərbaycan Bank  Tədris   Mərkəzi  (ABTM)  Azərbaycan  Mərkəzi Bankının təşəbbüsü və dəstəyi, Azərbaycan Banklar Assosiasiyasının təsisçiliyi və yaxından köməyi, Avropa Birliyi TACİS proqramının texniki yardımı ilə 2000-ci ilin fevral ayında yaradılmışdır.

Yaradıldığı ilk illərdə yalnız kommersiya bank işi üzrə təlim xidmətləri göstərən ABTM hazırda öz sahəsində praktik təcrübəsi olan 70-dən çox yüksək peşəkar, xüsusi təlimdən keçmiş eksperti ilə bank işi ilə yanaşı, sığorta və lizinq işi, yumşaq vərdişlər və idarəetmə mövzuları üzrə geniş çeşidli təlim xidmətləri göstərir.

ABTM orta hesabla hər il 120-150 təlim kursu keçirir və bu kurslarda ildə 1500-1800 nəfər iştirak edir. Fəaliyyətinin ilk vaxtlarında qısamüddətli ixtisasartırma kursları təklif edən ABTM bugün beynəlxalq və yerli sertifikasiya proqramları üzrə də təlimlər aparır.Artıq 20 min nəfərdən çox dinləyicisi olan ABTM həm Azərbaycanda, həm də kənarda geniş şəbəkəyə malikdir və onun məzunları arasında yüksək vəzifəli biznes rəhbərləri, dövlət və ictimai xadimlər mövcuddur.

ABTM biznes tərəfdaşlarının institusional inkişafına daim dəstək verir və onlara idarəetmənin bütün sahələri üzrə məsləhət xidmətləri göstərir.

Məhz ABTM-nin məsləhət xidmətləri nəticəsində onlarla bank və şirkət həm yerli, həm də xarici investor cəlb edə bilmiş, onların gəlirliliyi artmış və bazar mövqeləri möhkəmlənmişdir .

2001-ci ildən işləyənlərin peşəkar biliklərinin qiymətləndirilməsini həyata keçirən ABTM hazırda öz tərəfdaşlarına həm işəqəbul, həm də karyera inkişafı zamanı ən layiqli namizədlərin peşə və şəxsi keyfiyyətlərinin uyğunluğunun online qiymətləndirilməsi xidmətlərini təklif edir və artıq 10 mindən çox şəxsin qiymətləndirilməsini həyata keçirmişdir.

ABTM-nin Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Birliyi, Avropa yenidənqurma və İnkişaf Bankı, Islam İnkişaf Bankı, Almaniya İnkişaf Bankı, Almaniya Əməkdaşlıq Təşkilatı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və digər beynəlxalq institutlarla sıx əməkdaşlığı vardır və bu qurumlar tərəfindən maliyyələşdirilən 30-dan artıq layihəyə cəlb olunmuşdur.





© 2009 ABTC
Bütün hüquqlar qorunur
Müraciət Tariximiz Missiya ABTM haqqında Üzvlük Komanda Ekspertlərimiz Vakansiyalar Broşur Əlaqə
Yanaşmamız Standart kurslar Sertifikasiya proqramları
Yanaşmamız Xidmətlər
"Thomas" Sistemi haqqında "Thomas" məhsulları "Thomas" korporativlər üçün "Thomas" fərdlər üçün
ACCA: 2 in 1 ACCA imtahanlarına hazırlıq ACCA online imtahan ACCA Exam Registration
ABTCtest© haqqında ABTCtest©IQ ABTCtest©IQ - Fərdi Sifariş ABTCtest©PRO Sınaq testi
e-ABTC (e-təlimçi) Biznes etika və korporativ davranış Biznes ünsiyyət və danışıqaparma Satış texnologiyaları Müştəri etirazları və şikayətləri ilə iş Müştərilərin qorunub saxlanılması Hesabların açılması, aparılması və bağlanması Nağd əməliyyatlar Nağdsız əməliyyatlar Valyuta rejimi Plastik kartlarla əməliyyatlar
Təlim ehtiyaclarının öyrənilməsi