Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) əmək müqaviləsi əsasında əlavə ştatdankənar ekspertləri ödənişli işə qəbul edir.
ABTM-nin ekspertlərin seçilməsi üzrə siyasəti aşağıdakılardan ibarətdir:
1. Ekspertlər müsabiqə yolu və ya mövcud ekspertlərin tövsiyələri əsasında seçilirlər.
2. Ekspertlərin vəzifələri seçdiyi mövzu üzrə tədris materiallarının (dinləyici üçün material, təqdimat materialları, biznes tapşırıqlar, biznes oyunları, qrup tapşırıqları, testlər) hazırlanması, kursların aparılması və mövzu üzrə əlavə əvəzedicilərin hazırlanmasından ibarətdir. Bundan əlavə maraqlar toqquşması olmadığı hallarda ekspertlər məsləhət xidmətləri layihələrinə də cəlb oluna bilərlər.
3. Ekspertlər seçilən zaman aşağıdakı minimum tələblər nəzərə alınır:
a) Tədris apardığı mövzu üzrə praktiki təcrübəyə malik olma;
b) Tədris materialı hazırlama bacarığı;
c) Kompüterdə işləmə bacarığı.
4. Ekspertlərin seçilməsi prosesində aşağıdakı keyfiyyətlərə malik şəxslərə üstünlük verilir:
a) Dərsdemə bacarığı
b) Dərsdemə təcrübəsi
c) İngilis dilini bilmə
d) İnkişaf etmiş ölkələrdə biznesin idarə edilməsi üzrə təhsil, təlim almış şəxslər.
5. Dərsdemə təcrübəsi və dərsdemə vərdişlərinə malik olmayan şəxslər «təlimçilər üçün təlim» proqramından keçir və ya digər ehtiyat və ya usta ekspertlərin apardığı kurslarda iştirak edir və ya xarici ölkələrə seçdiyi mövzu üzrə təcrübə mübadiləsinə göndərilirlər.
Xahiş edirik ki, dərs deyəcəyiniz sahəni (ləri) və CV-nizi office@abtc.az e-ünvanımıza göndərin


