Əsas səhifə Bizimlə əlaqə
AZ EN

Haqqımızda
Kurslar haqqında məlumat almaq


Əks əlaqə Kitabxana

Müraciət

İlk növbədə, kommersiya bank işi və biznesin idarə edilməsi üzrə ölkənin ən böyük  təlim və məsləhət müəssisəsi olan Azərbaycan Bank Tədris Mərkəzinin (ABTM) internet səhifəsinə xoş gəlmisiniz!
Siz bizim internet səhifəmizi ziyarət etməklə, Mərkəzimiz, onun tarixi, missiyası, məhsul və xidmətləri barədə məlumat əldə etməklə  yanaşı, biznesin idarə edilməsi, o cümlədən insan resurslarının idarə edilməsi sahəsində yeni innovasiyalar, habelə məsləhətçi-ekspertlərmizin dəyərli məsləhətləri və tövsiyyələri ilə tanış olacaqsınız.
2009-cu ilin may ayından istifadəyə verilən  bu internet saytı ABTM-nin fəaliyyətə başladığı vaxtdan yeniləşən sayca üçüncü versiyadır. İnternet saytımızın struktur və dizaynının yeniləşməsi  ABTM-nin  məhsul və xidmətlərinin  çeşidinin artması, sayta daxil olan ziyarətçilərin təklifləri və ABTM-nin marketinq siyasətinə uyğun olaraq, saytın maksimum məlumatlılığının təmin edilməsi ilə əlaqədar olmuşdur.
Bu saytda əvvəlkilərlə müqayisədə aşağıdakı yeniliklər vardır:
  1. Tədris proqramları müddətlər üzrə (uzun və qısamüddətli kurslar) strukturlaşmış və daxilolma ziyarətçi üçün daha da asanlaşdırılmışdır.
  2. Müxtəlif sahələrdə öz peşəkar biliyini yoxlamaq istəyən şəxslər üçün onlayn nümunəvi test sistemi yaradılmışdır. Bu sistem Sizə seçdiyiniz mövzu üzrə bilik səviyyəsini onlayn rejimində yoxlamaq imkanı verir.
  3. İnternet səhifəsində ABTM-nin tədris kurslarında müzakirə olunan məsələlərlə tanış olmaq imkanı yaradan nümunə tədris materialları  verilmişdir ki, bu da Sizə məhz Sizi maraqlandıran təlim proqramlarının seçilməsində köməklik göstərir.
  4. ABTM-nin daim yeni yaradılan və yeniləşən təlim proqramları haqqında məlumat almaq üçün abunə olmaq imkanları yaradılmışdır. İndi Siz elektron ünvanınızı «abunə olmaq» ekranında yazıb bizə göndərməklə, təlim proqramları haqqında operativ məlumat əldə edə bilərsiniz.
  5. İnternet səhifəsində ABTM-nin kitabxanasında olan kitabların qısa məzmunları yerləşdirilmişdir ki, bu da oxuculara onları maraqlandıran kitabları çox vaxt sərf etmədən seçmək imkanı yaradır.
Hörmətli ziyarətçi,
ABTM daima internet səhifəsinin təkmilləşdirilməsinin qayğısına qalmağı özünün məqsədlərindən biri hesab edir və Sizin internet səhifəmiz barədə istənilən irad və təklifiniz hər zaman bizim üçün olduqca əhəmiyyətlidir.
Sizdən xahiş etmək istərdim ki, ABTM, onun məhsul və xidmətləri, internet səhifəsindəki məlumatlar, irad və təklifləriniz barədə Mərkəzin 
əməkdaşı xanım Könül Məmmədova ilə əlaqə saxlayasınız.
Cavanşir Abdullayev, Azərbaycan Bank Tədris Mərkəzinin Direktoru




© 2009 ABTC
Bütün hüquqlar qorunur
Tariximiz Missiya Üzvlük Komanda Ekspertlərimiz İllik hesabat Beynəlxalq layihələr Tədris xidməti üzrə Biznes tərəfdaşlarımız Məsləhət xidməti üzrə Biznes Tərəfdaşlarımız Vakansiyalar Bizimlə əlaqə
Metodologiya Kursların cədvəli Mövzular
Metodologiya Xidmətlər